“Qarabağ” ilk oyunda “Ludoqorets”ə uduzdu

post-img

Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə start verilib.

Azərbaycan çempionu “Qarabağ” da bu mərhələdəki ilk oyununu keçirib.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv pley-offa vəsiqə uğrunda Bolqarıstan çempionu “Ludoqorets”lə mübarizə aparır. Bu komandaların ilk oyunu Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Üç qolun qeydə alındığı görüş Azərbaycan çempionunun gözlənilməz məğlubiyyəti ilə yekunlaşıb.

Cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda keçiriləcək.

İdman