FHN təlim keçirib

post-img

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən 2024-cü ilin hazırlıq planına uyğun olaraq təlim keçirilib.

Təlimdə FHN-in regionda fəaliyyət göstərən yerli qurumlarının xilasediciləri iştirak edib.

Təlimin keçirilməsində məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili səviyyəsinin daha da yüksəldilməsi, xilasetmə əməliyyatlarına cəlb olunan əməkdaşların nəzəri və praktiki biliklərinin artırılması, hündürmərtəbəli binalardan, mürəkkəb relyefli ərazilərdən, habelə suda boğulma təhlükəsində olan zərərçəkmişlərin təxliyəsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsindən ibarət olub.

XQ

 

Son xəbərlər