Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan üzr istəyib

post-img

Beynəlxalq Olimpiya Komitəsi (BOK) “Pa­ris-2024” Yay Olimpiya Oyunlarının açılış mə­rasiminin şərhi zamanı “France 2” telekanalının müxbirinin işlətdiyi ifadələrə görə Azərbaycan­dan üzr istəyib. 

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, məktubda qeyd edilib ki, bu cür sözlər Beynəlxalq Olimpiya Ko­mitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təbliğ et­diyi prinsip və dəyərlərə zid­dir. Buna görə də bu məsələyə cavabdeh qurum və şəxslərlə əlaqə saxlanılıb və gələcəkdə belə hallara yol verilməməsi üçün BOK-un iş prinsipi və protokolları xatırladılıb. 

Gənclər və İdman Nazir­liyi “Paris-2024” Yay Olim­piya Oyunlarının yayımçısı olan “France 2” telekanalının ölkəmizə qarşı tutduğu qərəzli mövqeyə və bu hadisədən Bey­nəlxalq Olimpiya Komitəsinin Azərbaycana üzrxahlıq mək­tubunu nəzərə alaraq, Fransa hökumətinin də Azərbaycandan rəsmi üzr istəməsini gözlədiyini bildirib.



İdman