Fransada hicablı idmançı Olimpiya Oyunlarına buraxılmayıb

post-img

İslam dininə etiqad edən fransalı idmançı Sounkamba Sillanın Olimpiya Oyunlarının açılış mərasimində yarışmaq hüququndan məhrum edilməsi açıq-aşkar ayrı-seçkilik aktıdır. Bunu iyulun 26-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Məlumatı “İzvestiya.ru” verib. 

“Fransa Olimpiya Komitəsi idman yarışları zamanı ənənəvi geyim elementinin geyinilməsinə qadağa qoyulmasına istinad edib”, - Xarici İşlər Nazirliyinin sözçüsü deyib.

Zaxarova qeyd edib ki, idman tədbirinin bir əsrdən çox əvvəl Parisdə elan edilmiş Olimpiya hərəkatının məqsədləri ilə heç bir əlaqəsi yoxdur. Üstəlik, olimpiya ruhuna ziddir. O, xatırladıb ki, əvvəllər eyni uydurma bəhanələrlə Rusiya və Belarus idmançıları seqreqasiyaya məruz qalırdılar.

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi, həmçinin Fransa idman administrasiyasını “İdman siyasətdən kənar” prinsipinə etinasızlıq göstərməkdə ittiham edib.

 

P.ƏMİRCANOV

XQ

 

İdman