UEFA Konfrans Liqası: “Sumqayıt” – “Fehervar” matçına 3300 bilet satılıb

post-img

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində baş tutacaq “Sumqayıt” – “Fehervar” matçına 3300 bilet satılıb.

Bu barədə “Sumqayıt” klubunun mətbuat xidməti məlumat yayıb.

Oyunu canlı izləmək istəyən azarkeşlər biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, iyulun 22-dən (stadiondakı texniki problemlərə görə bu tarix iyulun 20-dən 22-nə keçirilib) isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassasından əldə edə bilərlər. Qeyd edək ki, ilk matç iyulun 25-də evdə, cavab qarşılaşması isə 31-də Macarıstanda keçiriləcək.

L.QURBANOVA
XQ

İdman