Azərbaycanı “Paris-2024”də təmsil edəcək paracüdoçular bəlli olub

post-img

“Paris-2024” Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan paracüdoçuları bəlli olub.

Yarışda qadınlar arasında Xatirə İsmiyeva (J1, +70 kiloqram) və Dürsədəf Kərimova (J2, +70 kiloqram), kişilərdə isə İlham Zəkiyev (J1, +90 kiloqram) tatamiyə çıxacaq.

D.Kərimova və İ.Zəkiyev dünya reytinqindəki mövqelərinə əsasən Paralimpiya Oyunlarına lisenziya qazanıblar.

X.İsmiyevaya isə Milli Paralimpiya Komitəsi tərəfindən göndərilən sorğu əsasında Beynəlxalq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ (“bipartite”) verilib.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.

İdman