Badmintonçularımız 2 bürünc qazanıblar

post-img

Azərbaycanın yeniyetmə badmintonçuları Türkiyə­nin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə 2 kateqoriya üzrə bürünc mükafat qazanıblar. 

“İstanbul U-17 Open” turnirində 3 qız, 2 oğlan bad­mintonçu ilə qatılan komanda Türkiyə, Serbiya, Fran­sa, Bolqarıstan, İngiltərə, Albaniyanı təmsil edən 17 yaşadək badmintonçuların turnirində oğlanların qoşa kateqoriyasında bürünc medala layiq görülüb.

Daha bir bürünc medal 13 yaşadək badmintonçu­ların qarışıq qoşa yarışında qazanılıb. Yeniyetmə bad­mintonçu Ömər Teymurlu Bolqarıstan təmsilçisi Kalina Koseva ilə birgə müvafiq kateqoriyada ardıcıl olaraq 3 qələbə qazanaraq turnirin yarımfinalına kimi irəliləmək­lə mükafatçılar sırasında yer almağı bacarıblar.

L.QURBANOVA 
XQ

İdman