“Qarabağ”ın 2-ci təsnifat mərhələsindəki rəqibi bilindi

post-img

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib.

XQ xəbər verir ki, “Linkoln” komandası Cəbəllütariqdə Maltanın “Hamrun” kollektivini qəbul edib.

“Qarabağ”ın potensial rəqibləri də cavab matçına çıxıblar. Cəbəllütariqin “Linkoln” klubu öz meydanında Maltanın “Hamrun Spartans” komandasını qəbul edib. Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn "Linkoln" doğma meydanda eyni hesabla məğlub olub. Sonda qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (5:4) Cəbəllütariq təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıb.

Komanda bu raundda "Qarabağ"la qarşılaşacaq.

Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində ilk matçını səfərdə, cavab görüşünü isə evdə keçirəcək. Bu raundun oyunları iyulun 23-24-də və 30-31-də olacaq.

İdman