Pakistanda törədilən iki terror aktında 10 hərbçi  ölüb, 13 terrorçu məhv edilib

post-img

     İyulun 16-da Pakistanın Xayber-Paxtunxva əyalətinin Banu rayonunda 10 terrorçunun hərbi düşərgəyə hücumu nəticəsində səkkiz hərbçi ölüb, terrorçuların hamısı məhv edilib. 

     Pakistan mətbuatının verdiyi məlumata görə, hücumu Pakistandakı “Taliban” hərəkatının “Xafiz Qul Baxadur” qruplaşmasının üzvləri törədib. 

     Həmin gün əyalətin Dera İsmayıl xan rayonundakı tibb mərkəzinə hücum zamanı törədilən digər terror aktında isə beş mülki vətəndaş, iki tibb işçisi öıdürülüb. Hadisə yerinə gələn hərbçilərdən ikisi atışmada həlak olub, üç terrorçu sıradan çıxarılıb. 

     İkinci terror aktına görə məsuliyyəti hələ ki, regionda olan heç bir qruplaşma öz üzərinə götürməyib. 

 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

İslamabad 

 

 

Dünya