Çexiya şirkəti Ukraynada sursat istehsalı zavodu tikmək niyyətindədir

post-img

Çexiyanın Sellier & Bellot şirkəti ilə Ukraynanın Ukroboronservis şirkəti Ukraynada sursat istehsalı zavodunun tikintisinə dair müqavilə imzalayıb.

“İnterfaks” xəbər verir ki, bu barədə Qərb mediası məlumat yayıb.

Onların sözlərinə görə, razılaşma çərşənbə axşamı Ukrayna və Çexiyanın baş nazirləri arasında Praqada keçirilən görüşdən sonra elan edilib.

Çexiyanın baş naziri Petr Fialanın dediyinə görə, Çexiya 2025-ci ildə Ukraynanı mərmilərlə təmin etməyə davam edəcək.

"Bloomberg" bildirir ki, Fiala görə, Çexiya bu il ümumilikdə 6 minə yaxın ukraynalı əsgərə təlim keçib.

S.ELAY

XQ

Dünya