Azərbaycan idmançıları Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” turnirində daha iki medal qazanıblar.
Yığmanın heyətində Ömər Qasımlı qızıl, Əli Niftəliyev isə gümüş mükafata sahib çıxıblar.
Qeyd edək ki, hər iki idmançı batut gimnastikası üzrə yarışıb.
L.QURBANOVA
XQ