Şahmatçımız 2-ci olub

post-img

Azərbaycan şahmatçısı Mirsaleh Seyidli Gürcüstanın Batumi şəhərində “8th International Chess Festival – Batumi Municipality Cup-2024” beynəlxalq turnirində fərqlənib. 

Naxçıvan Şahmat Mərkəzinin şagirdi B qrupunda 9 oyunda 6 xal toplayaraq 16 yaşadək şahmatçılar arasında 2-ci yeri tutub. 

Qeyd edək ki, 23 ölkədən 434 şahmatçının qatıldığı turnirdə, müvafiq reytinq göstəricilərinə əsasən A B, C qruplarında, o cümlədən 8,10 və12 yaşadək oğlan və qızlar arasında görüşlər keçirilib.

L.QURBANOVA
XQ

İdman