Gimnastlarımızdan 3 qızıl, 1 gümüş medal

post-img

İtaliyanın Turin şəhərində keçirilən akrobatika gimnastikası üzrə “Turin Acro Cup” beynəlxalq turnirində Azərbaycan millisinin üzvləri 3 qızıl və 1 gümüş medal qazanıblar.

Ağasif Rəhimov ilə Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Daniel Abbasov və Murad Rəfiyevin yer aldığı kişi cütlüyü, Nəzrin Zeyniyeva, Anahita Bashiri, Zəhra Rəşidovadan ibarət 13-19 yaş kateqoriyası üzrə qadın qrupu turnirdə birinci yeri tutub.

Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli və Seymur Cəfərovun yer aldığı kişi qrupu gümüş mükafatla kifayətlənib.

L.QURBANOVA

XQ

İdman