Gürcüstan Futbol Federasiyası cərimələnib

post-img

UEFA 2024-cü il Avropa çempionatının qrup mərhələsinin oyunlarının nəticələrinə əsasən, Gürcüstan Futbol Federasiyasını 46 min avro cərimələyib. Məlumatı qurumun mətbuat xidməti yayıb.

Avro-2024-ün 1-ci turunun Türkiyə millisi ilə oyununun (1:3) nəticələrinə görə, gürcü tərəfi pirotexniki vasitələrdən istifadə və kütləvi iğtişaşlar törətdiyinə görə 36,25 min avro cərimələnib. UEFA 3-cü turda Portuqaliya ilə görüşdən sonra azarkeşlərin meydançaya qaçaraq pirotexniki vasitələrdən istifadə etməsinə görə isə Gürcüstanı 9,75 min avro cərimələyib. Cərimənin ümumi məbləği 46 min avro olub.

İdman