“Paris-2024”də idmançılarımızın sayı 48-ə çatıb

post-img

Paris Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançılarımızın sayı 48-ə yüksəlib.

Ölkəmiz Olimpiadaya yollanacaq idmançı sayına görə 48-ci pilləni tutur. İndiyədək 186 komandanın Paris-2024-ə vəsiqəsi rəsmiləşib. Onlardan 2-si – Fərdi Neytral Atletlər (AİN) və QOK (Qaçqınların Olimpiya Komandası) qarışıq komandadır. Digər komandalar isə 184 ölkənin yığmalarıdır. 

Azərbaycan Parisdə 17 idman növündə təmsil olunacaq. Belə ki, idmançılarımız güləş (12), cüdo (9 nəfər), gimnastika (7 nəfər), boks (5 nəfər), basketbol (4), badminton (2), üzgüçülük (2), atletika, qılıncoynatma, taekvondo, atıcılıq, triatlon, avarçəkmə və kamandan oxatma (hərəyə 1 idmançı) üzrə yarışlarda mübarizə aparacaqlar. 

ABŞ əldə olunan vəsiqələrin sayında (590 idmançı) liderdir. Fransa və Avstraliya sonrakı pillələrdə qərarlaşıblar.

Leyla QURBANOVA

XQ

İdman