Avropa birinciliyində yüksək nəticələr əldə edən Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar

post-img

Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində yüksək nəticələr əldə edən Azərbaycan idmançıları Vətənə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Ağırlıqqaldrma Federasiyasının nümayəndələri, media nümayəndələri, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışda Azərbaycan millisi ümumilikdə 18 medal (8 qızıl, 5 gümüş və 5 bürünc) qazanıb.

Qızlardan Nuray Əbilova 1 gümüş (U-15, 40 kiloqram), Malikə Biçekuyeva 2 bürünc (U-15, 55 kiloqram), oğlanlardan Kamran Xappayev 3 qızıl (U-15, 61 kiloqram), Elman Kurdanov 2 gümüş və 1 bürünc (U-15, 67 kiloqram), İsa Əliyev 2 qızıl və 1 gümüş (U-15, 73 kiloqram), Aslan Əmiraslanov 3 qızıl (U-15, 89 kiloqram), Muhəmmədəli Məmmədzadə (U-15, 96 kiloqram) 1 gümüş və 2 bürünc mükafata yiyələnib.

Bu nəticələrə əsasən, Azərbaycan seçməsi 15 yaşadək atletlər arasında Avropa birinciliyində komanda hesabında ikinci yeri tutub. Komandamız ümumilikdə 709 xal toplayaraq Türkiyə, Polşa, Bolqarıstan və digərlərini üstələyib. Qalib adına isə 742 xalla Gürcüstan sahib çıxıb.

İdman