Avro-2024: Türkiyə və Portuqaliya yığmaları onuncu dəfə qarşılaşacaq

post-img

Avropa çempionatında qrup mərhələsinin II turunda bu gün Türkiyə və Portuqaliya yığmaları üz-üzə gələcək.

AZƏRTAC xəbər verir ki, bu, iki komanda arasında yubiley – 10-cu qarşılaşma olacaq. İndiyədək keçirilmiş 9 görüşün 7-də portuqaliyalılar qalib gəliblər. Qardaş ölkə təmsilçisi isə 2 dəfə sevinən tərəf olub.

Top fərqində də “ay-ulduzlular” rəqibindən geri qalır. Belə ki, 9 matçda 9 qol vuran Türkiyə millisi qapısında isə 19 top görüb.

Qeyd edək ki, Dortmund şəhərində yerləşən “Siqnal İduna Park” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

İdman