Ağırlıqqaldıranımız Avropa birinciliyinin qalibi olub

post-img

Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında keçirilən ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir. 

38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.

Komanda üzvlərindən daha biri – İsa Əliyev körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb. 

Atletimiz birdən qaldırma hərəkətində 112 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropanın ən yaxşısı olub. O, təkanla qaldırma hərəkətində 137 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.

Toplam 249 kq (112+137) nəticə göstərən İsa Əliyev yekun sıralamada da bütün rəqiblərini qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

L.QURBANOVA

XQ

İdman