Sabirabadda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinləniləcək

post-img

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 25-də Saatlı, Sabirabad, İmişli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Bu barədə  Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbul saat 11:00-da Sabirabad rayonundakı Heydər Əliyev Mərkəzində (ünvan: Sabirabad rayonu, Heydər Əliyev prospekti) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinə (əlaqə vasitələri: (021) 246-62-99, (050) 562-72-32, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.

Sosial həyat