Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq əlaqələri müzakirə olunub

post-img

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Milan Moysiloviçin dəvəti ilə bu ölkəyə rəsmi səfəri davam edir.

Azərbaycanın Serbiyadakı səfirliyindən  bildirilib ki, səfər çərçivəsində general-polkovnik Kərim Vəliyev Serbiyanın mədəniyyət naziri, Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Nikola Selakoviçilə görüşüb.

Görüş zamanı iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq əlaqələrindən, dinamik inkişaf edən ikitərəfli münasibətlərdən bəhs edilib, səfər proqramının yekunu və gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev də iştirak edib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Serbiyaya səfəri davam edir.

Ordu