Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlaşır.
Yığma Fərid Cəlalovun rəhbərliyi altında Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təlim-məşq toplanışı keçir.
Qeyd edək ki, milli komanda mübarizəyə mayın 17-də start verəcək. Mayın 17-19-da Azərbaycanda keçiriləcək ilk turda rəqiblər Rumıniya və Ukrayna yığmaları olacaq. Mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda isə milli komandamız meydan sahibi ilə yanaşı, Şimali Makedoniya yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may-2 iyunda Estoniyada reallaşacaq. Burada rəqiblər ev sahibi komanda və Lüksemburq olacaq.
L.QURBANOVA XQ