Millimiz Monqolustan yığmasına qalib gəldi

post-img

Futbol üzrə Azərbaycan milli komandası “FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün ilk oyununu keçirib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçən oyunda millimiz Monqolustan yığması ilə qarşılaşıb. Oyun komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın yeganə qolunu 90+1-ci dəqiqədə Bəhlul Mustafazadə vurub.
Qeyd edək ki, Azərbaycan milli komandası “FIFA series – Edition 2024” layihəsi çərçivəsində son oyununu martın 25-də, saat 20:00-da Bolqarıstan yığmasına qarşı keçirəcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

İdman