“Böyük dəbilqə”: Cüdoçularımızdan ilk gündə 2 medal

post-img

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirinin ilk günündə Azərbaycan cüdoçuları 2 bürünc medal qazanıblar. 
Kişilər arasında 60 kiloqram çəkidə Balabəy Ağayev və 66 kiloqram çəki dərəcəsində Ruslan Paşayev 3-cü yeri tutublar. 

Qeyd edək ki, martın 24-dək davam edəcək yarışda komandamız 9 çəki dərəcəsində 11 kişi və 4 qadın cüdoçu ilə təmsil olunur.

İdman