“Qarabağ”ın UEFA reytinqi açıqlanıb

post-img

Avrokubokların 1/8 final mərhələsi başa çatdıqdan sonra klubların UEFA reytinqi açıqlanıb.

Azərbaycanın “Top-100”də yalnız bir komandası yer alıb. 

Son çempion “Qarabağ” 57-58-ci yerləri bölüşür. “Köhlən atlar” İspaniyanın “Betis” klubu ilə eyni xala malikdir. Hər iki komandanın hesabında 33,000 xal var.

Əlavə göstəricilərə görə, Sevilya təmsilçisini qabaqlayan “Qarabağ” 57-cidir. 

Leyla SABİRQIZI
XQ

İdman