Almaniyada “Bayer” klubuna qarşı əzmkar mübarizə aparan “Qarabağ” Vətənə qayıdıb

post-img

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda Almaniyada “Bayer” klubuna qarşı əzmkar mübarizə aparan “Qarabağ” Vətənə qayıdıb.

Komanda üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, media nümayəndələri və futbolçuların yaxınları qarşılayıblar.

37 oyundur məğlub olmayan Leverkuzen təmsilçisinə 2:3 hesabı ilə uduzan Ağdam klubunun qollarını Abdullah Zubir və Olavio Juninyo vurublar.

Qeyd edək ki, evdəki ilk matçda "Bayer" ilə 2:2 hesablı heç-heçə edən "Qarabağ" iki görüşün nəticəsinə əsasən Avropa Liqasında mübarizəni dayandırıb.

İdman