Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Bayer” oyununa qısa müddət ərzində 27 min bilet satılıb.
“XQ” xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.
Qarşılaşmaya hələ 5 gün qalsa da, artıq biletlər bitmək üzrədir. Bununla da, məhdud sayda qalan biletlərin satışının qısa müddətdə başa çatacağı gözlənilir.
Qeyd edək ki, “Qarabağ” – “Bayer” oyunu martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 21:45-də başlayacaq.
Leyla QURBANOVA
XQ