Stol üstündə qızıl və gümüş qələbə

post-img

Stolüstü tennisçilərimiz Əlcəzairdə kecirilən dunya seriyalı “WTT Youth Contender” turnirində uğurla çıxış ediblər. 

Seçmə komandamızın üzvləri Onur Quluzadə ilə Yagmur Məmmədli Mərakeş sınaqlarında da etimadı layiqincə doğruldublar. 13 yasadək idman­çiların mübarizəsində qrup mərhələsini inamla ad­layan Onur Quluzadə ardınca digər rəqiblərini də mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Həl­ledici görüsdə Səudiyyə Ərəbistanı idmançısına da qalib gələn Onur yarışın qızıl medalına layiq göru­lüb. Eyni yaş qrupunda bacarığını göstərən Yağ­mur Məmmədli qrup turnirində rəqiblərini üstələ­dikdən sonra növbəti mərhələlərdə də inamlı çıxış sayəsində finala adlayıb. Son qarşılaşmada isə Özbəkistan təmsilçisinə uduzan Yağmur fəxri kür­sünün ikinci pilləsinə qalxıb. Qeyd edək ki, “WTT Youth Contender” yeniyetmə və gənc stolüstü ten­nisçilərin ən nüfuzlu turnirlərindən sayılır.

Leyla SABİRQIZI
XQ

İdman