“Qarabağ”-“Bayer” biletləri satışda

post-img

UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” - “Bayer” oyununun biletləri bu gün saat 12:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq. 

Ağdam klubundan “XQ”yə bildiriblər ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oyna­nılacaq matçın biletlərinin qiyməti müvafiq olaraq, 5, 10, 20, 30, 40, 100 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorları üçün biletlər isə 300 manata satılır.

Qeyd edək ki, “Qarabağ” “Bayer”ə qarşı ilk oyununu martın 7-də Bakıda, cavab matçını isə 1 həftə sonra Leverkuzendə keçirəcək. 

Leyla SABİRQIZI
XQ

İdman