“Paris-2024”ün Olimpiya kəndi

post-img

2024-cü il Olimpiya Oyunlarının başlamasına beş ay qalmış Fransanın Sen-Deni şəhərində Olimpiya kəndi açılıb. Bu barədə France info radiostansiyası məlumat yayıb.

Təxminən 14 min 300 idmançını qəbul edəcək məkan yarışların Təşkilat Komitəsinin ixtiyarına verilib. Kəndin rəmzi açarı komitənin rəhbəri Toni Estanqeyə təqdim olunub.

Bildirilib ki, qarşıdakı 4 ay müddətində təşki­latçılar hazırlıqları yekunlaşdıracaqlar. 52 hektar ərazidəki 82 binada olan 3 min mənzildəki 7 min 200 otaq mebellərlə və digər zəruri əşyalarla təc­hiz olunacaq. Kənddə eyni vaxtda 3 min 200 nəfə­ri qəbul edə bilən 24 saat işləyən restoran, 3 min 200 kvadratmetrlik poliklinika və digər tikililər də yerləşir.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Leyla SABİRQIZI
XQ

İdman