Avropa çempionatında daha bir medal

post-img

Komandamız Macarıstanın Dyör şəhərində keçirilən atıcılıq üzrə Avropa çempionatında daha bir medal qazanıb.

Hacı Musayev, Vladislav Kalmıkov və İmran Qarayevdən ibarət yığma oğlanlar arasında keçirilən komanda yarışlarında 3-cü yeri tutub. Komandamız bu nəticəni 10 metr məsafəyə güllə atma yarışında əldə edib. 

Xatırladaq ki, bunda əvvəl Leyli Əliyeva və Vladislav Kalmıkov da qitə birinciliyinin bürünc medalını qazanıblar. 

Leyla SABİRQIZI
XQ

İdman