Azərbaycanın 3 cüdoçusu “Böyük Dəbilqə”nin finalında

post-img

Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində cüdoçularımız Hidayət Heydərov (73 kq), Ömər Rəcəbli və Zelim Tçkayev (hər ikisi 81 kq) qızıl medal uğrunda mübarizə aparacaqlar.

H.Heydərov həlledici qarşılaşmada tacikistanlı Abubakr Şerovla qarşılaşacaq. 81 kiloqram çəki dərəcəsində isə Azərbaycan finalında Ö.Rəcəbli və Z.Tçkayev qalibi müəyyənləşdirəcəklər.

Komandamızın digər üzvü Rəşid Məmmədəliyev isə bürünc medal uğrunda görüşdə kanadalı Artur Margelidonla gücünü sınayacaq.

Qeyd edək ki, yarışın ilk günündə təmsilçilərimizdən  Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.

İdman