ABŞ səfiri: Konqresin Türkiyəyə F-16 satışına razılıq verməsi mühüm addımdır

post-img

ABŞ Konqresinin Türkiyəyə 40 yeni və 79 təkmilləşdirilmiş F-16 təyyarəsinin satışına razılıq verməsi irəliyə doğru atılmış mühüm addımdır. Bu barədə ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk X sosial şəbəkəsində yazıb. Məlumatı “Anadolu” verib. 

“Konqresin bu həftə Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş F-16 təyyarəsi almasına razılıq verməsi irəliyə doğru atılmış mühüm addımdır. Türkiyənin F-16 donanması NATO qüvvələri üçün həyati əhəmiyyət kəsb edir və müttəfiqlər arasında gələcək qarşılıqlı əlaqəni təmin edir”, - deyə hesabatda bildirilir.

Ağ Evin rəsmi bildirişindən 15 gün sonra F-16 qırıcılarının Türkiyəyə satışı ilə bağlı ABŞ Konqresindən heç bir etiraz gəlməyib.

Yanvarın 26-da ABŞ Dövlət Departamenti Türkiyəyə 40 ədəd F-16 qırıcısının satışı və mövcud qırıcılar üçün dəstlərin təkmilləşdirilməsi ilə bağlı Konqresə rəsmi bildiriş göndərib.

P.ƏMİRCANOV
XQ

İdman