Cüdoçularımız Qran-prinin son günündə

post-img

Portuqaliyanın Odibelaş şəhərində keçirilən Qran-pri turnirində bu gün – yarışın son günündə daha 3 cüdoçumuz mübarizə aparacaq. 

Azərbaycan millisinin üzvləri Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) tatamiyə çıxacaqlar. 

Qeyd edək ki, komandamız indiyədək 4 medal qazanıb. Bundan əvvəl, Yaşar Nəcəfov (66 kq) gümüş, Turan Bayramov (60 kq) və Kamran Süleymanov (66 kq) və Səid Mollayi (81 kq) bürünc medala sahib olublar. 

 

İdman