Qanın azdır? – bal ye, qaldır!

post-img

Qanazlığının yüngül formalarında pəhrizə müəyyən dəyişiklik etməklə asanlıqla müalicə edib problemi aradan qaldırmaq mümkündür.

Bunun üçün ilk növbədə qidalanma­ya diqqət edilməlidir. Menyuda dəmirlə zəngin olan ərzaqları artırmaq lazımdır. Söhbət, əsasən ət məhsullarından gedir. Bundan əlavə qanın tərkibini yaxşılaşdır­maq üçün pəhrizə qoz-fındıq, bal, albalı, alma, çuğundur, qarabaşaq, xurma kimi məhsullar vaxtaşırı daxil edilməlidir.

Mütəxəssislər qanazlığına kömək edən belə bir qarışığı tövsiyə edirlər: “200 qram badam, 300 qram xurma, 200 qram təbii bal götürülür. Xurma və badam yaxşı yuyulur və qurudulur, xurmanın çə­yirdəkləri çıxarılır. Xurma və badam blen­derlə yaxşı əzilir, bal əlavə edilib qarışdı­rılır. Hər gün bu dadlı qarışımdan 1 xörək qaşığı qəbul edilir”.

Onların fikrincə, badam, xurma və bal qanyaratma sistemi üçün faydalı olan bir çox maddələrlə – mis, dəmir, fol turşusu və s. zəngindir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat