Bölgələrdə yağıntı və duman olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən yanvarın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Əsasən səhər və axşam bəzi yer­lərdə arabir yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Gecə 0-4°, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütu­nundan 758 mm civə sütununa enə­cək, nisbi rütubət 65-75 faiz olacaq. Azərbaycanın rayonlarında Qərb ra­yonlarından başlayaraq arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yer­lərdə intensiv olacağı ehtimalı var. Ara­bir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Q.QASIMOV
XQ

Ekologiya