Dünya çempionu 29 yaşında vəfat edib

post-img

Kanadalı atlet, dünya çempionu Şon Barber dünyasını dəyişib. 

“XQ” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. İdmançının agenti Pol Doyl da sosial şəbəkə hesabında bu xəbəri təsdiqləyib. Ölümün səbəbi açıqlanmasa da, son vaxtlar kanadalının səhhətində bəzi problemlərin olduğu bildirilib. 

Qeyd edək ki, Şon Barber 2015-ci ildə şüvüllə tullanma üzrə dünya çempionu olub. 2016-cı ilin yanvarında isə qapalı yarışda 6 metr nəticə göstərərək, Kanada rekordunu yeniləyib.

L. QURBANOVA, XQ

İdman