“Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb

post-img

Azərbaycan Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb.

Peşəkar Futbol Liqası (PFL) bu barədə məlumat yayıb.

Qeyd edilib ki, “Qarabağ”ın rəsmi müraciəti və “Qəbələ”nin razılıq məktubunu nəzərə alan PFL Əsasnamənin 6-cı maddəsinin 2-ci bəndinə əsasən, ağdamlıların Azərbaycanı UEFA Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə qarşılaşmanı təxirə salıb.

Oyunun hansı tarixdə baş tutacağı ilə bağlı hələ ki, qərar verilməyib.

L.QURBANOVA, XQ

 

İdman