Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun oyun cədvəli məlum olub.
“XQ” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, turun oyunları fevralın 11-i, 12-si və 13-də təşkil ediləcək.
Tura “Qarabağ” – “Sabah” görüşü ilə start veriləcək.
Azərbaycan Premyer Liqası
XXII tur
11 fevral (bazar)
19:00. “Qarabağ” – “Sabah”
Tofiq Bəhramov adına Respublika Stadionu.
12 fevral (bazar ertəsi)
15:00. “Kəpəz” – “Səbail”
Qəbələ şəhər stadionu.
13 fevral (çərşənbə axşamı)
15:00. “Turan Tovuz” – “Qəbələ”
Tovuz şəhər stadionu.
17:15. “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu.
19:30. “Araz-Naxçıvan” –“Neftçi”
“Dalğa Arena”.
L.QURBANOVA, XQ