Cüdo üzrə cənclərin Bakı şəhər birinciliyi

post-img

Yanvarın 13-də Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 21 yaşa qədər gənc cüdoçular arasında Bakı şəhər birinciliyi keçiriləcək.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində təşkil ediləcək yarışda qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Yarışda Bakının 35 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 196 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir müvafiq yaş qrupu üzrə Azərbaycan birinciliyinə seçim xarakteri daşıyır.

İdman