Atletika millimizdə yeni baş məşqçi

post-img

Bu gün Azərbaycan Atletika Federasiyasının (AAF) rəhbərliyi məşqçilərlə görüşüb. AAF-dan “XQ”yə bildiriblər ki, federasiya prezidenti Cavid Qurbanov məşqçilərin təkliflərini dinləyib və müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb. Qurumun rəhbərliyi milli komandanın baş məşqçisi Bəhruz Salehli, sprint üzrə məşqçi Tofiq Əliyev və dözümlülük üzrə məşqçi Sadıq Sadıqova uzun illər ərzində atletikamızın inkişafında göstərdikləri əvəzsiz xidmətlərə görə təşəkkürünü çatdırıb və qeyd olunub ki, bu mütəxəssislər məsləhətçi kimi fəaliyyətlərini davam etdirəcəklər. Görüşdə milli komandanın yeni məşqçi heyəti təqdim olunub. 

Qeyd edilib ki, millinin baş məşqçisi funksiyasını Hakim İbrahimov yerinə yetirəcək. Nazim İsrafilov ehtiyat üzrə baş məşqçi, Valentin Bulıçev sprint üzrə böyük məşqçi, Ziyad Xəlfəyev tullanmalar üzrə böyük məşqçi, Vüqar Ələsgərov dözümlülük üzrə böyük məşqçi, Emil Şahtahtinski atmalar üzrə böyük məşqçi, Anar Yusifov regionlar üzrə böyük məşqçi, Rəhim Xəlilov ehtiyat üzrə məşqçi olacaq.



İdman