DİN: Ölkə ərazisində qeydə alınan 136 cinayətin açılması təmin edilib

post-img

Yanvarın 11-də ölkə ərazisində qeydə alınan 136 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarılan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 58, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 40 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb.

Son xəbərlər