Paris Paralimpiadasına daha 3 lisenziya

post-img

Azərbaycanın üç parataekvondoçusu “Paris-2024” Yay Paralimpiya Oyunlarında iştirak edəcək. 

Federasiyadan "XQ"yə bildiriblər ki, bununla bağlı Dünya Taekvondosu quruma rəsmi məktub göndərib. Belə ki, Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) reytinq cədvəlinə əsasən Paralimpiadaya vəsiqə qazanıblar. Fransa paytaxtında K-44 kateqoriyasında mübarizə aparacaq parataekvondoçuların hər üçünün qarşıdakı yarışların nəticəsindən asılı olmayaq, ilk “altılıq”da yer alacağı rəsmiləşib.
Parataekvondoçular Fransa paytaxtında K-44 kateqoriyasında mübarizə aparacaqlar.

Qeyd edək ki, Paris Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək Fransada keçiriləcək.

İdman