Hazırda müşahidəçilərin sayı 20 minə çatıb. Düşünürəm ki, prezident seçkilərinə qədər bu rəqəm 50 minə çatacaq.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda yanvarın 12-də keçirilən dəyirmi masada deyib.
MSK sədri seçki kimi mürəkkəb prosesdə qanunvericiliyin tələblərinin pozulmamasını əsas şərtlərdən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, MSK-nın fəaliyyət istiqamətlərindən biri də müxtəlif qurumlarla maarifləndirmə tədbirlərinin keçirilməsidir.
MSK sədri qeyd edib ki, qeydə alınmış 7 namizədin 5-i siyasi partiya təmsilçiləridir.
O, Ombudsman Aparatının seçki prosesində iştirakının əhəmiyyətini də qeyd edib. “Seçkilərdə vətəndaşın haqqı pozularsa, ombudsman müdaxilə edə bilər. Çatışmazlıqların aradan qaldırılmasına müvəkkildən dəstək gözləyirik", - deyə Məzahir Pənahov bildirib.