Yanvar ayı üçün reytinq cədvəli məlum olub

post-img

Olimpiya idman növləri üzrə milli komandaların 2023-cü ilin yanvar ayı üçün reytinq cədvəli açıqlanıb.

Azərbaycan Gənclər və İdman Nazirliyindən “XQ”yə bildiriblər ki, siyahıya 610 xalla bədii gimnast Zöhrə Ağamirova liderlik edir. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası 540 xalla ikincidir. 360 xal toplayan cüdoçu Zelim Kotsoyev isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

XQ

İdman