“Qarabağ” tarixi uğura imza atdı

post-img

 Avropa Liqasında qrup mərhələsinin son oyununa çıxan “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Hekken”i (İsveç) qəbul edib. Leandro Andrade və Yassin Benzianın ilk hissədə vurduğu qollarla 2:1 qalib gələn “köhlən atlar” tarixi uğura imza atıb. Qurban Qurbanovun yetirmələri Avropa Liqasında qrup mərhələsini adlamağı bacaran ilk Azərbaycan klubu olub.

Qeyd edək ki, Ağdam klubu mübarizəni turnirin 1/16 final mərhələsində davam etdirəcək.

İdman