Bakıda Beynəlxalq Avtomobil Federasiyası (FIA) həftəsi çərçivəsində FIA Baş Assambleyasının iclasları başlayıb.
FIA həftəsində iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları Bakıda bir araya gəliblər.
Ümumilikdə federasiyanın Bakı tədbirlərində 128 ölkədən gələn nümayəndələr, klub təmsilçiləri, həmçinin onlayn şəkildə tədbirə qoşulan nümayəndələr iştirak edir.
FIA Baş Assambleyalarının daxili iclasları dekabrın 8-dək davam edəcək. Dekabrın 8-də isə Heydər Əliyev Mərkəzində FIA Baş Assambleyasının yekun iclası olacaq.
Leyla SABİRQIZI
XQ