Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında sonuncu matçını keçirib.
“Dalğa Arena”da keçirilən qarşılaşmada komandamız Farer adalarına 1:0 hesabı ilə qalib gəlib. Rəqib qapısından topu 69-cu dəqiqədə Nigar Mirzəliyeva keçirib.
Bununla da, yığmamız C Liqasının 3-cü qrupunu 16 xalla birinci pillədə başa vurub.
Matçı İsveçdən olan hakimlər briqadası idarə edib.
Leyla SABİRQIZI
XQ