Azərbaycan paracüdoçuları Yaponiyanın paytaxtı Tokioda keçirilən Qran-Pri turnirində 6 medal qazanıblar.
Komandamızın üzvlərindən Şəhanə Hacıyeva (48 kq), Xanım Hüseynova (70 kq), Vüqar Şirinli (60 kq) və İlham Zəkiyev (+90 kq) gümüş medala sahib olublar. Dürsədəf Kərimova (+70 kq), Namiq Abaslı (73 kq) bürünc mükafata layiq görülüblər.
Leyla SABİRQIZI
XQ