Bakıda Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş güc idman növləri üzrə üçüncü turnir keçirilib.
Yarışda 150-dən artıq idmançı “strict curl”, “deadlift” və “log lift”də mübarizə aparıblar. Müxtəlif yaş kateqoriyası üzrə təşkil olunan yarışa sağlamlıq imkanları məhdud idmançılar da qatılıblar.
Əli Tayirov (60 kq), Ayxan Həşimov (67,5 kq), Xansu Müslimov (82,5 kq), Sənan Şükürov (90 kq), Səbuhi Tağızadə (100 kq), Mikayıl Cəfərov (110 kq) və Surət Pirnəzərov (125 kq) “strict curl” yarışlarında qalib adını qazanıblar.
“Deadlift” üzrə Tacir Məcdunov (70 kq), Sadiq Kamilov (80 kq), Roman Əhmədov (90 kq), Ziyad Cabarov (100 kq), Seymur Quliyev (110 kq) və Nicat Xosrovzadə (110 kiloqramdan yuxarı) birinci yeri tutublar. “Log lift”də isə ən yüksək nəticə ilə Vadim Yelenov (80 kq), Sahib Bağırov (95 kq) və Cavid Abbasov (110 kq) fərqləniblər.
Leyla SABİRQIZI
XQ