ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer 100 yaşında Konnektikutdakı evində vəfat edib.
Kissincer 1973-1977-ci illərdə ABŞ Dövlət Departamentinə rəhbərlik edib və 1969-1974-cü illərdə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri olub.
ABŞ prezidenti Riçard Niksonun (1969-1974) dövründə o, ABŞ və Çinin yaxınlaşmasında mühüm rol oynayıb: Kissincer sonradan qeyd etdi ki, bu siyasətin məqsədi SSRİ-yə qarşı balans yaratmaq olub.
P.ƏMİRCANOV
XQ